backend

İslam Oyunlarına 90 həkim briqadası hazırlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri başa çatıb. 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri başa çatıb.

TİA.AZ xəbər verir ki, bu barədə Azərtac-a  məlumat verən baş həkim Rauf Nağıyev bildirib ki, stansiyanın tibb işçiləri iştirakçıların və qonaqların məskunlaşdığı 40-a yaxın obyektə xidmət göstərəcək, eləcə də yarışların keçirildiyi idman meydançalarında növbədə dayanaraq iştirakçılar, qonaqlar və tamaşaçılar arasında təcili tibbi xidmətə ehtiyacı olanlara xidmət göstərəcəklər.

“İndidən növbətçilik qrafiki tərtib etmişik. 40 sanitar avtomobili və 90 həkim briqadası Oyunlar zamanı qrafik əsasında öz xidməti borclarını yerinə yetirəcəklər. Daha ciddi tibbi yardıma ehtiyacı olanlar isə sanitar maşınlarla Bakı Sağlamlıq Mərkəzinə və Bakı Kliniki Mərkəzə çatdırılacaqdır”.