İslam: “Oksanının budu ilə baldırı…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Maşının açarları məndədir, özünü də tez versələr, əla olar. Maşını sabah səhər pavilyondan birbaşa xəstəxanaya sürəcəm. Qızım Məryəmi evə gətirməyə! Amma düzünü desəm, maşının başqa rəngini istəyirəm, sonra bəlkə dəyişdirdim!” 

“Maşının açarları məndədir, özünü də tez versələr, əla olar. Maşını sabah səhər pavilyondan birbaşa xəstəxanaya sürəcəm. Qızım Məryəmi evə gətirməyə! Amma düzünü desəm, maşının başqa rəngini istəyirəm, sonra bəlkə dəyişdirdim!”

Bu sözləri Teleqraf.com-a “Maşın şou-14″ün qalibi aktyor İslam Mehrəliyev deyib. Sürücülük vəsiqəsinin hələ də olmadığını qeyd edən İslam bildirib ki, vəsiqə almaq onun üçün problem deyil: ” Əsas maşın idi, onu da aldım. Mən bu boyda “maşın” imtahanından keçən adamam, sürücülük vəsiqəsi imtahanından qorxacam?!”

İslam finalçı yoldaşları barədə fikirlərini də qeyd edib:
“Oksana yalan deyirdi, o, bizə görə əlini çəkib getmədi. Çəkən idi, final başlayan kimi çəkərdi də, 2 gün ayaqlarına əziyyət verib şişirdəndən sonra yox! O, artıq qala bilmədiyi üçün getdi. Çünki başa düşdü ki, bir gün də qalsa, ayağını amputasiya edəcəklər. Oksananın budu baldırıyla eyni ölçüdə idi”.

İslam onu da qeyd edib ki, sona kimi yarışda qalmağının bir səbəbi olub: “Dəstəkçilər. Mən əminəm ki, yarışma boyunca mənə qohumlardan səs göndərən olmadı. Ən böyük düşmənlər həmişə ən yaxın adamların içindən çıxır. Mənə yaxınlarım yox, pərəstişkarlarım səs verdi. Mən də onların səsinə səs verdim və onların gözləntisini doğrultdum. Mən bu maşın və bu qalibiyyətə görə yalnız tamaşaçılara borcluyam!”