Özbəkistanın mərhum prezidenti İslam Kərimovun oğlu tapılıb. Özbəkistanın mərhum prezidenti İslam Kərimovun oğlu tapılıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Özbəkistan mətbuatı yayıb. Mətbuat Kərimovun Gülnarə və Lola adlı qızından əlavə Pyotr adlı oğlunun olduğunu da bildirib. Pyotr Kərimovun 60-cı illərdə evli olduğu Natalya Petrovna Kuçmadan olduğu vurğulanıb. Kərimovun Natalyadan olan oğlu 1969-cu ildə dünyaya gəlib. Natalyanın özü isə 2008-ci ildə Daşkənddə dünyasını dəyişib.
Mətbuat Pyotrun hazırda Moskvada yaşadığını və bir övladı olduğunu söyləyib.
Qeyd edək ki, bundan öncə Kərimovun yalnız 2 qızı və 5 nəvəsi olması haqqında onun bioqrafiyasında məlumat verilirdi.