“IV İslam Həmrəyliyi Oyunları böyük dostluq və sülh bayramıdır”.
“IV İslam Həmrəyliyi Oyunları böyük dostluq və sülh bayramıdır”.
TİA.AZ xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Mark Honeybun bildirib. Azərbaycanın yarışlarda 400-dən çox idmançı ilə təmsil olunmasından məmnunluğunu vurğulayan M.Honeybun deyib ki, azarkeşlər mükəmməl arenalarda maraqlı idman mübarizəsinin şahidi olacaqlar: “Dünyanın dörd qitəsindən gələn idmançılar mübarizliyi, əzmkarlığı, qələbə sevincini nümayiş etdirəcəklər. Oyunlar sülhü, mədəniyyəti, birliyi təbliğ edir”.