“İslam Həmrəyliyi “Milli-mənəvi dəyərlərimiz konteksində”” -TƏDBİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Şamaxı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam Həmrəyliyi “Mənəvi dəyərlərimiz kontekstində”” mövzusunda tədbir keçirildi. 

İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Şamaxı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam Həmrəyliyi “Mənəvi dəyərlərimiz kontekstində”” mövzusunda tədbir keçirildi.

Şamaxı Dövlət Regional Kollecində təşkil olunan tədbirdə rayonun rəsmi qurumlarının nümayəndələri, yerli ziyalılar və tələbələr iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova açaraq Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin və dövlətçiliyin daim keşiyində dayandığını, ölkəmizin inkişafı üçün yorulmadan çalışdığını bildirmişdir. Natiq öz çıxışında Azərbaycan Respublikası Prezidentinin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli”” elan edilməsinə dair “Tədbirlər Planı”na uyğun olaraq bugünkü tədbirin Şamaxı Dövlət Regional Kollecində keçirilməsinin təqdirəlayiq bir hal olduğunu vurğulamışdır.

Mühazirədə AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının bu gün daha çox aktual olduğunu, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsirinin böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolunun mövcudluğunu qeyd etmişdir. Məruzəçi bildirmişdir ki, milli dəyərlərimizə dərindən bələd olan görkəmli dövlət xadimi Heydər Əliyev xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə etmiş və Heydər Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirə qatılan Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev və kollecin tələbələri çıxış edərək mühazirəçiyə onları maraqlandıran suallar ünvanlamış və gələcəkdə Fond tərəfindən təşkil olunacaq maarifləndirici mühazirələrin mövzuları ətrafında fikir mübadiləsi aparılmışlar. İştirakçılar ölkə başçısının siyasi kursunu, görülən işləri yekdilliklə dəstəklədiklərini bildirmişlər.