TİA.AZ xəbər verir ki, “İslam Həmrəyliyi İli” və IV İslam Həmrəyliyi oyunları ilə bağlı Hacıqabul rayon Heydər Əliyev Mərkəzində sərgi açılıb və müsabiqə elan olunub.
TİA.AZ xəbər verir ki, “İslam Həmrəyliyi İli” və IV İslam Həmrəyliyi oyunları ilə bağlı Hacıqabul rayon Heydər Əliyev Mərkəzində sərgi açılıb və müsabiqə elan olunub.
Sərgidə İslam dininin atributları, Mərkəzin rəsm kursunun və həvəskar rayon gənclərinin rəsmləri, İslam Həmrəyliyi oyunları ilə əlaqədar idman paltarları, idman ləvazimatları nümayiş olunur.Hazırda Mərkəzin rəsm kursunu üzvləri müsabiqə üçün yeni rəsmləri çəkib sonlandırırlar.
Sərgi may ayının sonuna qədər davam edəcək. Sərgidəki eksponatlar mütəmadi olaraq yenilənir.
Təhsil işçiləri və məktəblilər, rayonun mədəniyyət işçiləri və İcra Hakimiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzində oldular. Sərgi tamaşaçıların böyük marağına səbəb oldu.Mərkəzin direktoru, bələdçisi sərgiyə tamaşa edənlərə “İslam Həmrəyliyi İli” və IV İslam Həmrəyliyi oyunları haqqında geniş məlumat verdi.