İslahatları tənqid edən Məkkə imamı həbs edildi

İslahatları tənqid edən Məkkə imamı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Səudiyyə Ərəbistanı Məkkədəki Böyük Məscidin imamı və vaiz Şeyx Saleh İbin Məhəmməd Əl Talibi həbs edib.
Qaynarinfo xəbər verir ki, imamın həbsinin səbəbi onun qadın və kişilərin ictimai yerlərdə, konsertlərdə bir yerdə olmasını, əylənmələrini tənqid etməsidir.
Qeyd edək ki, Səudiyyə artıq 1 ildir ölkədə “Mülayim İslam” qaydalarını tətbiq edir və ölkədə bir çox islahatlar aparılıb, qadınlara hüquqlar verilib. Vəliəhd Məhəmməd İbin Salman ötən ay qadın və kişilərin bir yerdə işləməsini tənqid edənlərə cavab verərək bu fikirlərin Peyğəmbərin dövründəki həyat tərzi ilə eyni olmadığını vurğulamışdı.