Sumqayıtda 12-ci mikrorayondakı işıqfor sürücüləri çaşbaş salıb. Bir neçə yolun kəsişməsində yerləşən işıqforun yalnız xəbərdaredici sarı işığı işləyir. Maraqlısı isə budur ki, həmin işıqfor həftədə yalnız 2 gün belə fəaliyyət göstərir.

Bir neçə yolun kəsişməsindəki işıqforun yalnız sarı işığı işləyir.
Görüntülər Sumqayıt şəhərindəki 12-ci mikrorayondandır. Koroğlu küçəsindəki işıqfor yalnız xəbərdaredici sarı işıqdan ibarətdir. Sürücülər deyirlər ki, kəsişmədə işıqforun bu cür işləməsi düzgün deyil. Çünki, bu həm sürücülərə, həm də piyadalara çətinlik yaradır. Hətta vəziyyət o yerə çatıb ki, sürücülər bu yolda sağa dönərkən qəza halları ilə də rastlaşıblar.
Sürücülərin sözlərinə görə, illər öncə qoyulan işıqfor hər zaman yaxşı vəziyyətdə olub. Lakin son vaxtlar həftəsonları işıqforun yalnız xəbərdaredici sarı işığı işləyir.
Məsələ ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən “Xəzər Xəbər”ə bildirildi ki, işıqfor həmin ərazidə tam qanuna uyğun olaraq nizamlanıb. Həmişə də normal qaydada işləyir. Yalnız şənbə və bazar günləri ərazidə Kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edildiyi üçün bu cür fəaliyyət göstərməsi nəzərdə tutulub.