İŞİD terror qruplaşmasının üzvləri 2001-ci il, 11 sentyabr hadisələrinə bənzər terror aktları törətməyi planlaşdırır.
İŞİD terror qruplaşmasının üzvləri 2001-ci il, 11 sentyabr hadisələrinə bənzər terror aktları törətməyi planlaşdırır.
“Daily Mail” xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik naziri vəzifəsini icra edən Eleyn Dyuk Londonda çıxışında bildirib.
“Terrorçular təyyarələrdən istifadə edərək irimiqyaslı terror aktları planlaşdırır. Kəşfiyyat bundan əmindir”, – deyə Eleyn Dyuk vurğulayıb.
Dyuk ABŞ xüsusi xidmət orqanlarının təhdidləri zərərsizləşdirmək üçün istifadə edəcəyi üsulları açıqlamayıb.