backend

İŞİD Rusiya diplomatlarının “ölüm siyahı”nı hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiya Şurasının vitse-spikeri İlyas Umaxanov xarici ölkələrdə fəaliyyət göstərən diplomatik əməkdaşların təhlükəsizliyini gücləndirməyə çağırıb. 

Rusiya Federasiya Şurasının vitse-spikeri İlyas Umaxanov xarici ölkələrdə fəaliyyət göstərən diplomatik əməkdaşların təhlükəsizliyini gücləndirməyə çağırıb.

TİA.AZ xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyi bildirib.

İlyas Umaxanovun sözlərinə görə, İŞİD və başqa terror təşkilatlarının Rusiya diplomatlarının yer aldığı “qara siyahı”lar hazırladığı barədə məlumatlar var.

“Mümkündür ki, bu informasiya həqiqətə uyğun deyil. Amma mən beynəlxalq və müdafiə komitələrini bizim diplomatik missiyalar, onların əməkdaşları və ailə üzvlərinin təhlükəsizliyinin gücləndirilməsi üzrə təkliflər hazırlamağa çağırıram”, – deyə senator Federasiya Şurasının iclasında deyib.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada fotosərginin açılışında iştirakı zamanı sui-qəsdə məruz qalıb. Diplomat aldığı çoxsaylı yaralardan xəstəxanada həyatını itirib.