İstanbulda “Reina” gecə klubuna hücum edən terrorçu Abdulqədir Maşaripovla birgə həbs edilən 3 qadınla bağlı ilginc fakt ortaya çıxıb.
İstanbulda “Reina” gecə klubuna hücum edən terrorçu Abdulqədir Maşaripovla birgə həbs edilən 3 qadınla bağlı ilginc fakt ortaya çıxıb.
TİA.AZ Türkiyə mətbuataına istinadən bildirir ki, istintaq zamanı 3 qadından birinin Maşaripova “Reina” terrorunu həyata keçirdiyi üçün İŞİD tərəfindən hədiyyə edildiyi məlum olub.
Terrorçunun saxlanıldığı evdə aparılan axtarış zamanı onun Dina A. ilə dini nikahda olması haqda sənəd aşkar edilib.
Əfqanıstanla əlaqəsi araşdırılan Maşaripovun kompüter mütəxəssisi olduğu, Mosulda döyüşdüyü bildirilir. Eyni zamanda onun Özbəkistanda fizika üzrə ali təhsil aldığı məlum olub.
Qeyd edək ki, Yeni il gecəsi “Reina” klubuna təşkil edilən hücum nəticəsində 39 nəfər ölüb, 68 nəfər yaralanıb.