İngiltərənin Suriya İnsan Haqqları mərkəzi İŞİD terror təşkilatının paytaxtı elan etdiyi Rakka şəhərini itirmək üzrə olduğu barədə məlumat yayıb.
İngiltərənin Suriya İnsan Haqqları mərkəzi İŞİD terror təşkilatının paytaxtı elan etdiyi Rakka şəhərini itirmək üzrə olduğu barədə məlumat yayıb.
“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, təşkilat Suriyanın Rakka şəhərinin 90%-nin ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələri tərəfindən azad edildiyini deyir. SDQ isə şəhərin 80%-nin azad edildiyini bildirib.
Qeyd edək ki, SDQ-nin böyük hissəsini PKK terror təşkilatının Suriya qolu olan PYD üzvləri təşkil edir. Təşkilat Rakkanı azad etmək üçün əməliyyatlara iyun ayında start verib.