Rusiya artıq İŞİD terrorçuları üçün ciddi hədəfdir.
Rusiya artıq İŞİD terrorçuları üçün ciddi hədəfdir.
TİA.AZ xəbər verir ki, bunu NSN saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.
“Rusiya indi islamçılar, eləcə də İŞİD-ə beyət edənlər üçün kifayət qədər ciddi hədəfdir. Yerli qafqazlılar Rusiyaya cavab üçün öz regionlarında nəsə etməyə çalışacaqlar, amma İŞİD birbaşa Moskvanın mərkəzini hədəf götürəcək. Onların uğuru Rusiya xüsusi xidmət orqanlarının nə dərəcədə effektiv çalışacağından asılıdır” – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Çeçenistanın paytaxtı Qroznının mərkəzində atışma baş verib. Hücum əmri Suriyadan verilib.