İŞİD terror təşkilatının İraqın Mosul şəhərində insanlar üzərində kimyəvi silah sınaqları keçirdiyi məlum olub.
İŞİD terror təşkilatının İraqın Mosul şəhərində insanlar üzərində kimyəvi silah sınaqları keçirdiyi məlum olub.
TİA.AZ xəbər verir ki, İŞİD insanlar üzərində böcək dərmanlarını istifadə edərək 3 il ərzində kimyəvi silah sınağı keçirib. Üzərində kimyəvi silah sınaqları keçirilən 2 əsirin həyatını itirdiyi ortaya çıxıb.
3 il ərzində davam edən dəhşətli təcrübələrin nasist dövrünü xatırlatdığı qeyd edilib. Onlar böcək dərmanlarından kimyəvi silah düzəltməyə çalışıblar.
İkinci Dünya Müharibəsində nasist həkim İosif Mengel düşərgələrdə saxlanılan əsirlər üzərində oxşar təcrübələr aparmışdı.