İŞİD-in Suriya və İraqdakı lideri öldürüldü

İŞİD-in Suriya və İraqdakı lideri öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İŞİD terror qruplaşmasının İraq və Suriyadakı lideri Abdullah Maki Musleh əl-Rifai öldürülüb.

Tribunainfo.az xəbər verir ki, bu haqda İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani məlumat verib.

Bildirilir ki, bu əməliyyatı İraq təhlükəsizlik qüvvələri ABŞ-nin rəhbərlik etdiyi koalisiya ilə birgə həyata keçirib.