İŞİD-in “müharibə naziri” Qulmurod Xalimov zərərsizləşdirilib.
İŞİD-in “müharibə naziri” Qulmurod Xalimov zərərsizləşdirilib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən terrorçu Deyr əz-Zorda gedən döyüşlər zamanı məhv edilib.
Bu barədə Rusiyanın müdafiə nazirliyi xəbər verib. Terror qruplaşması üzvləri komanda məntəqəsində məşvərət aparan zaman rus qırıcılarının aviazərbələrinə məruz qalıblar. Onların arasında Əmir Deyr əz-Zor ləqəbi ilə tanınan Əbu Məhəmməd əş-Şimali də olub. O, “İŞİD”ə üzv toplamaq və onları təlimatlandırmaq və maliyyə işlərinə nəzarət edirmiş. Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, bir sıra Avropa xüsusi xidmət orqanları əş-Şimalini Parisdə 2015-ci ilin noyabr ayında törədilən terror aktının təşkilatçısı hesab edir.