İŞİD-in güclənən  avtoterroru – indi də bu metod…

İŞİD-in güclənən avtoterroru – indi də bu metod…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İŞİD terror təşkilatı yeni metodlardan istifadə etməyə başlayıb. Tribunainfo.az-ın xəbərinə görə, bu da avtomobili dinc insanların üzərinə sürüb öldürməkdir. Artıq ötən ilin dekabrını və bu ilin yanvarında iki belə terror hücumu olub. Onlardan biri Almaniyada, digəri ABŞ-da qeydə alınıb.
Belə ki, 2024-cü ilin dekabrında Almaniyanın Maqdeburq şəhərində milad bazarında iki avtomobil insan izdihamının üzərinə sürülüb. Hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər yaralanıb.Almaniya polisi Maqdeburqda terror aktı törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Almaniya mətbuatının yazdığına görə, o, Suriyadandır və İŞİD-lə əlaqəlidir.
Bunun ardınca bu ilin yanvarında ABŞ-ın Yeni Orlean şəhərində avtomobilin insanların üzərinə sürülməsi nəticəsində həyatını itirənlərin sayı 15-ə yüksəlib. Yeni Orleanın səhiyyə idarəsi məlumat yayıb. Hücumu lənətləyən ABŞ Prezidenti Bayden mediaya açıqlamasında təcavüzkarı zərərsizləşdirən hüquq-mühafizə orqanlarına təşəkkür edib. Qeyd edək ki, Yeni Orlean şəhərində 42 yaşlı Şamsud Din Cabbar maşını insanların üzərinə sürüb. Onun maşınından İŞİD bayrağı tapılıb. Göründüyü kimi, İŞİD daha kamikadze hücumlar, bombalı basqınlar, partlayışlar törətmir, maşını vətəndaşların üstünə sürüb öldürür…

Cəmil