İŞİD-in bundan sonrakı planları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya və İraqda demək olar ki, süquta uğramış İŞİD-in gələcək taleyi və cihadçıların bundan sonraki fəaliyyəti ilə bağlı müxtəlif versiyalar gündəmdədir. 

Suriya və İraqda demək olar ki, süquta uğramış İŞİD-in gələcək taleyi və cihadçıların bundan sonraki fəaliyyəti ilə bağlı müxtəlif versiyalar gündəmdədir.

Axar.az xəbər verir ki, “Lenta.ru” mümkün ehtimallarla bağlı araşdırma aparıb.

Görüşənədək, Dəməşq!

Suriyada məğlubiyyətdən sonra terrorçular ya gizlin fəaliyyətə keçəcək, ya da silahı yerə qoyaraq öz evlərinə qayıdacaq. Ölkəsinə qayıtmaq imkanı olmayan radikal islamçılar isə yəqin ki, başqa bir yerdə yeni xilafət uğrunda vuruşmağa başlayacaq.

Liviya cəbhəsi

2011-ci ildə Liviyada Müəmmər Qəzzafinin devrilməsindən sonra xaos və özbaşınalıq hökm sürür. Qruplaşmanın üzvləri ilk olaraq 2014-cü ildə Liviyaya gələrək yerli islamçıları xəlifə Bağdadiyə sadiq olmağa inandıra bilib. 2 ay sonra onlar Liviyanı vilayətlərə bölüblər. 2015-ci ildə radikal islamçıların İŞİD-ə qoşulması ilə Sirt xilafətin Şimali Afrikada yayılması üçün dayaq nöqtəsi seçilib. 2016-cı ilin dekabrında cihad tərəfdarları şəhərdən qovulsa da, radikallar gizli fəaliyyətinə davam edir. Ölkədə davam edən hakimiyyət mübarizəsi, siyasi rejimin zəifləməsi və tez-tez baş verən terror aktları Liviyanı İŞİD üçün cazibədar bir əraziyə çevirir.

Kafir və dinsizlər arasında

Başqa bir ziddiyyətli ölkə isə Yəməndir. Bu ölkədə şiələrlə formal hakimiyyət arasında vətəndaş müharibəsi 2015-ci ildə başlayıb. Əl Qaidə terror təşkilatı Yəməndə ötən illər ərzində xeyli dərəcədə qüvvətlənib. Bura İŞİD üçün olduqca gözəl döyüş meydanıdır. Bir tərəfdə nifrət dolu şiə-rafizilər, digər tərəfdə isə mürtəd-səudlar. Yəməndə İŞİD-in ən böyük çətinliyi isə Əl Qaidə ilə arasındakı düşmənçilik ola bilər.

Xatırladaq ki, iyulun 9-da Mosulun tamamilə terrorçulardan azad edilməsi İŞİD-in vəziyyətini daha da ağırlaşdırıb.