İŞİD elan etdi: Tehranda baş kəsəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İŞİD terror təşkilatı video yayımlayaraq İranı yeni bir hücumla hədələyib. 

İŞİD terror təşkilatı video yayımlayaraq İranı yeni bir hücumla hədələyib.

TİA.AZ xəbər verir ki, təşkilat tərəfindən yayımlanan videoda üzü maskalı İŞİD üzvü yanında dayanan iki nəfərlə birgə İranın paytaxtı Tehranda yeni hücumlar törədə biləcəklərini deyib.

Fars dilində danışan terrorçu İraq və Suriyada başı kəsilən insanları xatırladaraq bənzər hadisəni Tehranda da törədəcəklərini bildirib və iranlı gənclərə cihad çağırışı edib.

Qeyd edək ki, bundan öncə İran parlamentinə və Xomeyni məqbərəsinə silahlı hücum edilib. Olaylar zamanı 18 nəfər həyatını itirib, 52 nəfərdən çox insan yaralanıb. Məsuliyyəti İŞİD öz üzərinə götürüb.