TİA.AZ “newsru.co.il” portalına istinadən xəbər verir ki, Mosulda dağıntılar arasında evdən qaçaraq, İŞİD-ə qoşulan alman qız tapılıb.
TİA.AZ “newsru.co.il” portalına istinadən xəbər verir ki, Mosulda dağıntılar arasında evdən qaçaraq, İŞİD-ə qoşulan alman qız tapılıb.
O, Saksoniya federal torpağının Pulsniç şəhər sakini, 16 yaşlı məktəbli Linda Vençel olub.
Britaniyanın Мirror nəşri yazır ki, qız qadın-terrorçular qrupundan avtomatla silahlanmış vəziyyətdə tapılıb.
Linda bir il əvvəl anası Katrinin sənədlərini oğurlayaraq evdən qaçıb. O, Frankfurtda təyyarəyə minərək,Türkiyəyə qədər gəlib. Sonra isə Suriya sərhədini keçib.
Polis ehtimal edir ki, qız internetdə tanış olduğu müsəlman oğlana aşiq olub. Məhz onun vasitəsilə qız terrorçu qruplaşmaya qoşulub.
Die Welt qəzeti təhlükəsizlik xidmətlərinin mənbəyinə istinadən xəbər verir ki, Almaniya hökuməti artıq Lindanın şəxsiyyətini və terrorizmdə şübhəli siyahıda olmasını təsdiq edib.
Linda İslam dinini qəbul edəndən sonra Quran məktəbinə gedərək ərəb dilini öyrənməyə başlayır. Daha sonra öz adını dəyişib, Məryəm edir. Facebook sosial şəbəkəsində də özünün hicablı şəklinin paylaşır.
Sayt yazır ki, tuneldə aşkar edilmiş terrorçular arasında Rusiya, Çeçenistan, Türkiyə və Kanada vətəndaşları da olub.
Xatırladaq ki, iyulun 12-də İraqın baş naziri Heydər əl-Abadi Mosulda olub, “İslam dövlətinin” birdəfəlik dağıdılması barədə elan verdikdən iki sutka sonra şəhərdə bu terror qruplaşması yenidən döyüşlərə başlayıb.
İlahə