İŞİD Dağıstandakı hücuma görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Dağıstandakı hücuma görə məsuliyyəti öz üzərinə götürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İŞİD terror qruplaşması Dağıstanın Kizlər şəhərində törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

TİA.AZ-ın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib. Bununla belə faktı təsdiqləyən heç bir dəlil təqdim edilməyib.

Fevralın 18-də Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramının qeyd olunduğu kilsədə 22 yaşlı Xəlil Xəlilov insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 4-ü yaralanıb. X.Xəlilov polis əməkdaşının açdığı cavab atəşi ilə öldürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.