İraqın Mosul şəhərində İŞİD terrorçuları daha bir ağlasığmaz dəhşətli edama əl atıblar.
İraqın Mosul şəhərində İŞİD terrorçuları daha bir ağlasığmaz dəhşətli edama əl atıblar.
Bu dəfə terror təşkilatının qadınlardan ibarət qrupu 13 yaşlı qızı anasının gözləri qarşısında vəhşicəsinə öldürüblər.
Terroçu qadınlar 13 yaşı uşağı “ölüm qayçısı” adlı qədim edam aləti ilə qətlə yetiriblər. Terroçular talesiz qızcığazı tikanlı qayçı arasında asta-asta kəsiblər. Uşağın qışqırığına anası dəli olub. Terrorçu qadınlar qızı ölənə qədər sıxıblar.
Terrorçular iddia edirlər ki, azyaşlı uşağın günahı böyükdür. Çünki uşaq evlərini təmizləyəndən sonra zibili atmaq üçün həyətlərinin qabağına qoyulan zibil qutusuna qədər başı açıq gedib. Bundan başqa, terroçular ərazidə 20 yaşlı qıza 30 qamçı vurublar. (ölke.az)