“İŞİD ideologiyasını həyata keçirmək üçün vəhşiliyi bir siyasət, bir üsul olaraq seçib. Bu siyasət 2004-cü ildə internet üzərindən yayılan “Vəhşiliyin idarəsi” adlı kitaba istinad edir”.
“İŞİD ideologiyasını həyata keçirmək üçün vəhşiliyi bir siyasət, bir üsul olaraq seçib. Bu siyasət 2004-cü ildə internet üzərindən yayılan “Vəhşiliyin idarəsi” adlı kitaba istinad edir”.
TİA.AZ xəbər verir ki, bunu İstanbuldakı “Reina” gecə klubuna hücum edən terrorçunun tutulmasını və hücumda tətbiq olunan üsulu şərh edən “Hürriyyət” nəşrinin yazarı Fikrət Bila yazıb.
“Bu kitabda dövlətin nüfuzunun azaldılması, “azad edilmiş bölgələr”in yaradılması üçün terror hücumlarının vəhşi üsullarla həyata keçirilməsi, beləliklə xalq üzərində böyük qorxu ab-havasının yaradılması təklif edilir”, – yazar qeyd edib.
Kitabın müəllifi olan Əbu Bəkir Nacinin (saxta addan istifadə edilir) Əfqanıstanda “Əl-Qaidə”yə qatılan misirli zabit olduğu olduğu deyilir. Nacinin təklif etdiyi hücum üsulu düşmənin ən zəif halqadan vurulması, “vəhşilik bölgələri”, beləliklə qorxu mühitinin yaradılmasını özündə əks etdirir. Naci bununla da dövlət nüfuzunun sarsılacağı və cihadçı güclərin daha təsirli olacağıni iddia edir.
Fikrət Bila hesab edir ki, İŞİD Nacinin kitabında yazılanları tətbiq edir:
“Türkiyənin necə bir terror təşkilatı ilə qarşı-qarşıya olduğunu anlamaq üçün İŞİD-in necə işlədiyini bilmək lazımdır. İŞİD qurduğu təlim düşərgələrində sıfır mərhələdən təlim verir. İlk olaraq dini təhsil verilir, gənclərin beyinləri yuyulur, cihad üçün döyüşənlərin cənnətə gedəcəyi bildirilir. Düşərgələrdə dini təhsildən sonra hərbi təlimə keçirlər. İraq və Suriyada İŞİD döyüşçülərinə əksəriyyəti Misir ordusundan ayrılmış zabitlər verir. İŞİD birliklərinə də bu zabitlər komandanlıq edir”.
Yazar qeyd edir ki, İŞİD-in Türkiyədə bir çox “yatan hücrə”sinin olduğu təxmin edilir:
“Şanlıurfa, Qaziantep və Adıyaman kimi şəhərlərdəki hücrələr əhəmiyyətli dərəcədə zərərsizləşdirilib. Böyük şəhərlərdə də “yatan hücrələr” təhdid yaradır. “Reina” terrorçusunun sağ tutulması və ətrafındakı insanların da ələ keçirilməsi bu baxımdan böyük əhəmiyyət daşıyır”.