İŞİD Bağdadinin yeni səsyazısını yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və İran rəsmiləri Bağdadinin öldüyünü deyir, ABŞ isə belə düşünmür.

 

Rusiya və İran rəsmiləri Bağdadinin öldüyünü deyir, ABŞ isə belə düşünmür.

Özünü İŞİD adlandıran qruplaşma liderləri Əbu Bəkr əl-Bağdadiyə aid olduğunu iddia etdikləri səs qeydlərini yayıblar.

İŞİD lideri kimi danışan bir natiq Şimali Koreyanın Yaponiya və ABŞ-a qarşı son təhdidlərinə toxunub.

46 dəqiqəlik çıxışda o, həmçinin iyulda İraq qüvvələri tərəfindən geri alınan Mosuldakı döyüşlərdən danışıb.

Başına 25 milyon dollar məbləğində bəxşiş qoyulan Bağdadi, 2014-cü ilin iyul ayından etibarən ictimaiyyətdə görünməyib, bu isə onun taleyi haqqında bir çox fərziyyələrə səbəb olub.

İŞİD lideri Bağdadi “sağdır”

O, son dəfə Mosuldakı “Əl-Nuri” məscidində “xilafət”in elan olunduğu zaman görünüb.

İŞİD-ə qarşı mübarizə aparan qrupun ABŞ-lı nümayəndəsi Ryan Dillon-un sözlərinə görə, “ölümü sübut edilmədiyindən biz onun sağ olduğunu düşünməyə davam edirik”.

“Biz Əbu Bəkr Əl-Bağdadiyə məxsus olduğu iddia edilən səsli lentdən xəbərdarıq və bunu araşdırmaq üçün addımlar atırıq. Onun etibarlılığına şübhə etmək üçün heç bir səbəbimiz olmadığından hazırda təsdiqimiz yoxdur”, müdafiə şöbəsinin sözçüsü BBC-ə deyib.

Sivil və məhbuslara qarşı dəhşətli şiddətə görə tanınan İD bu il İraq və Suriyada geri çəkilməyə məcbur edilib.

Bağdadinin İraq-Suriya sərhədində İD tərəfindən nəzarət edilən ərazilərdə gizləndiyi güman edilir (BBC).