İsgənər Həmidovun vəziyyəti ağırdır

İsgənər Həmidovun vəziyyəti ağırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabiq Daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti çox ağırdır”.

 

Bunu  onun həkimi, tibb elmləri doktoru, professor Adil Qeybulla söyləyib. O qeyd edib ki, İsgəndər Həmidov dünəndən komadadır:

 

“Hazırda İsgəndər Həmidovun müalicəsi Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində intensiv şəkildə davam etdirilir. O komadadır, vəziyyəti ağırdır”.

 

Qeyd edək ki, ötən gün vəziyyəti pisləşən İsgəndər Həmidov xəstəxanaya yerləşdirilib. Adil Qeybulla sabiq nazirə qoyulan son klinik diaqnozu özünün sosial şəbəkə hesabında paylaşıb:

 

“Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik. Septik şok. Baş beynin sağ hissəsində arxa birləşdirici arteriyada 6×4.5 mm ölçülərdə kisəvarı anevrizma. Anevrizmanın (subaraxnoid) qanaması. Sağ beyin yarımkürəsində gickah-alın-təpə nahiyələrində geniş yarımkəskin işemik insult sahələri. Xroniki böyrək çatmazlığı”.