“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması danışıqlar prosesindəki asimmetriyaya görə mümkün deyil”. Tribunainfo.az xəbər verir ki, bu sözlər politoloq Aleksandr İskəndəryana məxsusdur.
Onun sözlərinə görə, sülh təkcə müharibənin olmaması üçün deyil. “Sülh müqaviləsinin imzalanması çətin ki, vəziyyəti ciddi şəkildə dəyişsin və ya Ermənistanı daha böyük təhlükəsizliklə təmin etsin”.
İsgəndəryan hesab edir ki, COP29-dan sonra kiçik insidentlər və ya kiçik bir eskalasiya olmayacaq. “Çünki bu, heç vaxt istisna oluna bilməz və ərazilərin zəbt edilməsini nəzərdə tutur. Azərbaycan isə buna getməyəcək”.
O qeyd edib ki, Ermənistanın daim etdiyi güzəştlər sülh müqaviləsinin imzalanmasına gətirib çıxarmayacaq. “Azərbaycanın sülh müqaviləsi imzalamağa ehtiyacı yoxdur. Lakin bu, hansısa formada imzalansa belə, bu, memorandum kimi bir şey olacaq”.
Erməni politoloqun fikrincə, qlobal səviyyədə tanınan sərhədlər və yollar nəzəri cəhətdən yaxşı nəticələr verir. “Fərz edək ki, indi Azərbaycan üçün yol qovşağı açılıb və onlar Ermənistan vasitəsilə yük daşıya biləcəklər. Biz başa düşməliyik ki, Azərbaycan ümumiyyətlə kommunikasiyaların açılmasını istəmir; o, konkret bir yol açmaq istəyir – onun malları və adamları Ermənistan ərazisindən keçərək Naxçıvan vasitəsi ilə Türkiyəyə bağlansın”.