“Prezident Əliyevin açıqlaması Ermənistana təzyiqlərin davam etməsi deməkdir”. Tribunainfo.az xəbər verir ki, bu fikirlər erməni politoloq Aleksandr İskəndəryana məxsusdur.
O iddia edib ki, Azərbaycan beynəlxalq vəziyyət imkan verdiyi müddətcə, Ermənistana təzyiqlərini davam etdirəcək.
İsgəndəryan hesab edir ki, Azərbaycan Ermənistandan nə dəhliz, nə də ərazi tələb edir. “Bunlar görüntüdür. Azərbaycan Ermənistanın mümkün qədər zəiflədərək, xarici siyasətini Bakıdan asılı vəziyyətə salmağı hədəfləyir”.
Onun sözlərinə görə, Ermənistandan keçən dəhliz iqtisadi deyil, geosiyasi layihədir. “Azərbaycan da ona sahib olub, Türkiyə ilə birbaşa əlaqə qurmaq istəyir”.
Erməni politoloq qeyd edir ki, Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünü əvvəlkindən qat-qat artıq müstəqil fəaliyyətə qadir hiss edir. “10 il əvvəl Putin bir telefon zəngi ilə Ermənistanla Azərbaycan arasında istənilən münaqişəni dayandıra bilərdi. İndi onun sözünü dinləyən yoxdur”.
İsgəndəryan onu da deyib ki, Azərbaycan imkanlar dairəsinin genişləndirilə biləcəyini hiss edir və genişlənir. “Ona görə də, bir çox dövlətlərlə hesablaşmır. Çünki imkanlarının həddindən artıq genişlənəcəyinin fərqiondədir”.