İsveçrədə dönər restoranında işləyən türk gənc çalışdığı məkanı məhkəməyə verib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, qanunsuz uzun müddətli iş vaxtı və məzuniyyət hüququnun əlindən alınması ilə bağlı qaldırdığı iddianı qazanıb.
İşəgötürən məhkəməni qazanan gəncə 133 min avro təzminat ödəyib.