“İşdən çıxarılmalı, hətta məsuliyyətə cəlb olunmalı bir nəfər varsa, o da Emin Əmrullayevdir”

“İşdən çıxarılmalı, hətta məsuliyyətə cəlb olunmalı bir nəfər varsa, o da Emin Əmrullayevdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Emin Əmrullayev ADA Universitetindəki çıxışında etiraf etdi ki, bu il işdən çıxarılan məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə vəzifəsinə bərpa olunub. Bu o deməkdir ki, təhsil nazirinin hər beş qərarından biri qanunaziddir və idarəetməsinin necə səriştəsiz olduğunun bir daha özü tərəfindən etirafıdır. Məhkəmənin vəzifəsi insanların pozulmuş əmək hüquqlarının bərpa edilməkdir. Bunu Emin Əmrullayev – ölkənin elm və təhsil naziri açıq şəkildə mətbuat qarşısında etiraf edir. Hələ bu, problemin kiçik bir hissəsidir. Ölkədə təhsil sistemində işdən çıxarılmalı, hətta məsuliyyətə cəlb olunmalı bir nəfər varsa, o da Emin Əmrullayevdir. Bu etiraf gələcəkdə məhkəmə proseslərində ona qarşı istifadə olunmalıdır”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.

Ekspert bildirib ki, təhsil sahəsində tamamilə xaos, səriştəsizlik hökm sürür: “Hər dəfə deyirəm, Əmrullayev və səriştəsiz komandasının Azərbaycan təhsilinə vurduğu ziyanın aradan qaldırılması üçün on illərlə vaxt lazım olacaq. Açıq şəkildə etiraf edir ki, hər beş qərardan biri qanun pozuntusu ilə müşahidə olunur. Buna görə də Emin Əmrullayev çox hiyləgər metoda əl atıb, bütün təyin olunan vəzifələrə bir illik müddətli müqavilə ilə xitam verilir. Məktəb direktorlarını basqı altında saxlamaq, qanunsuz əmrləri, tapşırıqları yerinə yetirmək üçün müddətli müqavilə bağlanır. Kim elm və təhsil nazirinin qanundankənar tapşırıqlarını yerinə yetirmirsə, müddət başa çatdıqdan sonra əmək müqaviləsi davam etdirilmir. Bu isə Əmək Məcəlləsinə konkret olaraq ziddir. Elm və Təhsil Nazirliyi imtahan keçirən, ayrı-ayrı çox böyük milyonlarla vəsaiti özündə cəmləşdirən, boş, mənasız layihələrin həyata keçirilməsi, milyonlarla vəsaitin silinməsi ilə, mənasız, müəllimə heç bir faydası olmayan təlimlərin həyata keçirilməsi ilə müşayiət olunur. Bütün maliyyə fırıldaqlarının başında Emin Əmrullayev özü durur. Bu, reallıqdır. Təhsil sistemində ciddi kadr dəyişikliyi edilməlidir. Emin Əmrullayevin maliyyə fırıldaqları ilə ölkənin təhsil büdcəsini talayan dəstəsi təhsil sistemindən uzaqlaşdırılmalıdır. İkinci bir yolu yoxdur”.