İşdən çıxarılan Qarabağ veteranı narazıdır – Ali Məhkəmə qərar verəcəkbackend

İşdən çıxarılan Qarabağ veteranı narazıdır – Ali Məhkəmə qərar verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qarabağ veteranı Mirəli Teymurov Mingəçevir Şəhər Mərkəzi Xəstənasını məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, Mirəli Teymurovun bu addımı işdən çıxarılmasını qanunsuz hesab etməsi ilə bağlıdır.
Əldə etdiyimiz məlumata görə, Qarabağ veteranı xəstəxanada sürücü işləyib. Ötən ilin sonlarında xəstəxanın direktoru Faiq Abdullayev onu işdən çıxarıb.
Mirəli Teymurovun hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.
Qarabağ veteranı bundan sonra Mingəçevir Şəhər Mərkəzində işə bərpa tələbi ilə iddia qaldırıb. Onun iddası təmin olunmayıb. Mirəli Teymurov apellyasiya mərhələsini də uduzub. Lakin o, hüquqi mübarizəsini davam etdirməyi qərara alıb və Ali Məhkəməyə kassasiya şikayəti verib.
Mehparə Əhmədova iş üzrə hakim təyin edilib.  Şikayətə nə vaxt baxılacağı hələ məlum deyil.