İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi auditi baş idarəsinə yeni rəis təyin edilib. “PostMedia”nın əldə etdiyi məlumata görə, bu vəzifə Abbas İsmayılova həvalə edilib.
Qeyd edək ki, Abbas İsmayılov 2023-cü ilin dekabrından 2025-ci ilin mayına qədər Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini olub. O, eyni zamanda nazir vəzifəsinin icrasını həyata keçirib.