İŞDƏN ÇIXARILAN MÜƏLLİMLƏR NAZİRLİYİ MƏHKƏMƏYƏ VERİR…

İŞDƏN ÇIXARILAN MÜƏLLİMLƏR NAZİRLİYİ MƏHKƏMƏYƏ VERİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət qurumları arasında il ərzində ən çox məhkəməyə veriləni Elm və Təhsil Nazirliyidir.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov paylaşıb. O bildirib ki, bütün iddialarda Elm və Təhsil Nazirliyi məhkəməni uduzub:

“İddiaların əksəriyyəti Elm və Təhsil Nazirliyinin işçiləri əsassız işdən azad etməsi ilə bağlıdır ki, bu iddiaların hamısı təmin olunub.
Məhkəmə prosesində təstiq olunub ki, Elm və Təhsil Nazirliyi əsassız olaraq, öz maraqlarına uyğun olaraq işçini azad edir. Biabırçılıq bununla bitmir, qanunsuz işdən azad edilməsi faktlarına görə məhkəmə prosesini uduzan Elm və Təhsil Nazirliyi qərardan şikayət edir ki, bundan sonra da proses yuxarı instansiya məhkəməsinə təqdim olunur. Bu məhkəmədə də müvafiq qurum uduzur, amma yenə də qərardan apellyasiya şikayəti verilir.

Yəni bu qurumun işi hüquqi baxımdan insanları narahat etmək, süründürməkdən ibarətdir.

Maraq üçün müvafiq qurumun hüquq şöbəsini, BŞTİ-nin hüquq sektorunun müdirini araşdırdım, ortaya onlar ilə bağlı xoş mənzərə çıxmadı.

Bu şəxslərin əvvəlki illərdə fəaliyyəti, bağlı olduğu şəxslərin ölkə üçün nə qədər təhlükəli olduğunu mətbuatdan bilirik.

Məhkəmədə qalib gələn bir neçə şəxs ilə əlaqə saxlayıb öyrəndim ki, Elm və Təhsil Nazirliyinin də vəkili köhnə əlaqələrini işə salıb məhkəmə hakimlərinə çıxış, tapşırıq axtarır, vəzifə səlahiyyətlərdən istifadə edərək proseslərə təsir göstərirlər.

Diqqəti çəkən həm də odur ki, Elm və Təhsil Nazirliyi məhkəmə qərarını icra etmir”.