İşdən çıxarılan icra başçısının DOSYESİbackend

İşdən çıxarılan icra başçısının DOSYESİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Asif Əzizağa oğlu Ağayevi Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

İşdən çıxarılan icra başçısnın dosyesini təqdim edirik: Ağayev Asif Əzizağa oğlu 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub.1988-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1979-cu ildə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə kimi başlayıb. Sonralar “ŞelfLahiyəTikinti” İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, Azərbaycan Qaçqınlar Komitəsinin Sabirabad rayon 4 saylı SMD-də mühəndis, iş icraçısı, “ŞelfLahiyəTikinti” İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində Plan, iqtisad və əmək haqqı şöbəsinin mühəndisi, “XəzərDənizNeftQazİnşaat” Tresti SMD-də iş icraçısı, sahə rəisi, “XəzərDənizNeftQazİnşaat” Tresti 2 saylı İTQ İdarəsində sahə rəisi, baş mühəndis, “Terminal” MMC-nin direktoru işləyib.

 

Daha sonra ARDNŞ-nin “AzərNeftYağ” Neft emalı zavodunda direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin “AzəriQaz” İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin Xəzər Dəniz Neft Donammasında ümumi məsələlər üzrə rəis müavini, ARDNŞ-nin “Neft Kəmərləri” İdarəsində tikinti və təmir üzrə rəis müavini işləyib.

2013-2018-ci illərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

 

Azərbaycan Prezidentinin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

 

Qeyd edək ki, Asif Ağayev SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullyevə yaxın kadr kimi tanınırdı. Mətbuat əvvəllər dəfələrlə onların yaxın olduğuna dair yazılar yayımlayıb.