İşdən çıxarılan əməkdaşı “Bakı Sığorta” ASC-ni məhkəməyə verib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsinə müraciət daxil olub.
Belə ki, Abuşova Fitat Mahmud qızı məhkəməyə ərizə ilə müraciət edərək “Bakı Sığorta”dan haqsız yerə işdən çıxarıldığını bildirib.
O, şirkətə qarşı qaldırdığı iddiada işə bərpa olunması tələbini irəli sürüb.
Onun iddiası hakim Rəna Qafarovanın sədrliyi ilə araşdırılacaq.