İşdən çıxarılan aparıcı İTV-ni məhkəməyə verdi

İşdən çıxarılan aparıcı İTV-ni məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai Televiziyadan çıxarılan aparıcı kanalı məhkəməyə verib.

Tribunainfo.az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə bağlı iddianı kanalda müxbir və aparıcı kimi çalışan Hürü Əliyeva qaldırıb. İşin mahiyyəti əmək mübahisəsidir. Aparıcı işə bərpasını tələb edir.

İş Bakı Apellyasiya Məhkəməsindədir. 6 avqust tarixində hakim Məmməd Məmmədovun sədrliyi ilə işə baxılacaq.

Nigar