İşdən çıxarılan əməkdaş Xarici İşlər Nazirliyini məhkəməyə verib.
Tribunainfo.az xəbər verir ki, XİN-lə bağlı iddianı Abdullayev Orxan Məhyəddin oğlu qaldırıb. İşin mahiyyəti inzibati orqanın aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. İddiaçı işə bərpasını tələb edir.
İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilib. 6 sentyabr tarixində hakim Aysev Almazovanın sədrliyi ilə işə baxılacaq.
Nigar