Son illərdə işə bərpa ilə bağlı vətəndaşların məhkəmələrə müraciəti artıb. Bu iddia ərizələri əsasən dövlət qurumlarına qarşı qaldırılır. Demək olar ki, hər gün hər hansı dövlət orqanı məhkəməyə verilir və işə bərpa, maaş tələb olunur. Tribunainfo.az vaxtaşırı bu informasiyaları təqdim edir və aparılan müşahidələr göstərir ki, əsasən Maliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi işə bərpa tələbi ilə məhkəməyə verilir.
Həmçinin, TƏBİB, Səhiyyə Nazirliyi kimi qurumlar da öz əməkdaşları tərəfindən işə bərpa ilə bağlı məhkəməyə verilir.