Müsavat Partiyasının başqanı İsa Qəmbər sabiq PA rəhbəri Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktuba münasibət bildirib.
Tribunainfo.az xəbər verir ki, İ. Qəmbər məktubda dövlət idarəçiliyinin yeni modeli təklif olunduğunu qeyd edib. “Bu məktubun həqiqi və ya feyk olmasından asılı olmayaraq, seçki, referendum, islahat, hakimiyyət bölgüsü və sair demokratiya atributlarının gen-bol təkrarlanmasına baxmayaraq təklif edilən model gerçək diktaturaya zəmin yaradan avtoritar hakimiyyət sistemidir.
Açar cümlə budur:
“Qanunverici, icraedici və məhkəmə hakimiyyətinin fəaliyyətinə nəzarət Dövlət Şurası tərəfindən həyata keçiriləcək”.
Bu orqanın seçki yolu ilə formalaşacağı vədi heç kimi aldada bilməz. İndiki hakimiyyətin (əgər məktub saxtadırsa) və Ramiz Mehdiyevin (əgər məktub gerçəkdirsə) necə “seçki” keçirdiyi hamıya və hər kəsə bəllidir”.
Fərda Uğur










