İsa Qəmbər yenidən Müsavat başqanı seçildi (FOTO)

İsa Qəmbər yenidən Müsavat başqanı seçildi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Müsavat Partiyasının XI qurultayı keçirilib.
 Tribunainfo.az xəbər verir ki, qurultayda sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və partiyaya yeni başqan seçilib.
Başqanlığa yeganə namizəd İsa Qəbmər yenidən bu posta seçilib. Seçkidə ümumilikdə 282 nəfər iştirak edib. İsa Qəmbər 279 səs toplayıb. 3 nəfər isə əleyhinə səs verib.
Qeyd edək ki, İsa Qəmbər 10 il sonra yenidən Müsavat başqanı olub. Partiyanın nizamnaməsinə əsasən, başqan ardıcıl 2 müddətdən artıq eyni vəzifəyə seçilə bilməz. Bu səbəbdən Arif Hacılı namizədliyini irəli sürməyib.
Bundan əvvəl partiya başqanının müavini, Divan üzvü Osman Kazımov və partiyanın Səbail təşkilatının üzvü Natiq Ulubəy başqanlığına namizədliklərini irəli sürsələr də, sonradan hər ikisi namizədliklərini geri götürüb.
İsa Qəmbər 1992-ci ildə Müsavat Partiyasının bərpa qurultayını keçirərək partiyanın başqanı seçilib. O, 1992-ci ildən 2014-cü ilədək partiyaya rəhbərlik edib. 2014-cü ildə isə başqanlıq seçkisində iştirak etməyərək partiyanın aparat rəhbəri Arif Hacılıya dəstək verib və onun başqan seçilməsində həlledici rol oynayıb.