Müsavat Partiyasının eks başqanı İsa Qəmbər yenidən namizəd olması gözləntilərindən danışıb. Tribunainfo.az bildirir ki, İ.Qəmbər Prime TV efirində başqanlığa namizəd olacağını istisna etməyib. O, müsavatçıların müraciət etdiyini, lakin yekun qərar vermədiyini açıqlayıb. İ.Qəmbər bu müraciəti dəyərləndirib rəyini bildirəcəyini söyləyib. Onun sözlərinə görə, hazırkı başqan Arif Hacılı nizamnaməyə əsasən yenidən namizəd ola bilməz.
Roman