Bu gün Müsavat Partiyasının Məclisi qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirakla bağlı məsələni müzakirəyə çıarıb, yekun qərarını verəcək. Tribunainfo.az xəbər verir ki, Məclisin toplantısında hansı qərarın veriləcəyi cəmiyyət tərəfindən maraqla izlənilir.
Məlumatlara görə, Müsavat Partiyası seçkilərdə iştirakla bağlı qərar verəcək. Bunu partiyanın son zamanlar verdiyi açıqlamalar və üzvlərin istəkli olması ilə də müşahidə etmək mümkündür.
Həmin məlumatlara görə, sözügedən partiya seçkilərə 50 nəfərlik namizədlə qatılmağı düşünür. Partiyadakı mənbə bildirib ki, onların adları, hansı dairədən namizəd olacaqları da artıq müəyyən olunub.