İsa Məsihin gizli mətnləri aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ostin şəhərinin Texas Universitetinin alimləri yaşı 1,5 min il olan xristian mətnləri tapıblar
 

Ostin şəhərinin Texas Universitetinin alimləri yaşı 1,5 min il olan xristian mətnləri tapıblar. Əlyazma “İakovun Birinci Apokalipsisi” kimi tanınan Əhdi-Cədid apokrifinin fraqmentidir. Bu kitab erkən xristian ədəbiyyatına aiddir və kilsə tərəfindən qəbul edilmir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə The Independent nəşri yazır.

Əlyazma Misir Araşdırmaları Cəmiyyətinin arxivində aşkarlanıb. Fraqment 1945-ci ildə Misirin Naq-Hammadi yaşayış məntəqəsində tapılan qədim əlyazmalar kitabxanasına aiddir. Kitabxanaya antik dövrün mifologiya və fəlsəfəni əhatə edən qnostik xristianlığa aid mətnlər daxildir. Qnostisizm rəsmi kilsə tərəfindən “küfr” kimi rədd edilib.

Tapılan əlyazma yunan dilində yazılıb. Mətndə İsa Məsihin  yetmiş həvaridən biri olan İakova gizli açıqlamaları təsvir olunub. Bəzi versiyalara görə, İakov İsa Məsihin doğma qardaşı olub. Mətndə İsa Məsihin Səma Padşahlığı, gələcək və İakovun ölümü barədə açıqlamaları yer alıb. Əlyazmada həmçinin İsa Məsihin həyatı və xidməti barədə hekayələr var. 

Alimlərin fikrincə, əlyazma həmin vaxtlarda tədris məqsədi ilə istifadə oluna bilər. Mətnin böyük hissəsi aydın xətlə yazılıb və hecalara bölünüb.