SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Politilen zavodu Geodeziya işləri üzrə mühəndis vakaniyası elan edib.
SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Politilen zavodu Geodeziya işləri üzrə mühəndis vakaniyası elan edib.
Vakansiyaya iddia edən şəxsin minimum bakalavr təhsili olmali,bu sahə üzrə 2 ildən yuxarı əmək fəaliyyəti olmalıdır.
Vəzifə(peşə) funksiyaları:
Tikinti işlərinin naturaya köçürülməsini, bina, kanal və yolların tikintisi üçün nəzərdə tutulmuş torpaq sahələrinin döngələrinin formalaşdırılmasının qrafik materiallarının hazırlanmasını təmin edən geodeziya işlərini yerinə yetirmək;
• Ərazilərin planlarının, torpaqların xəritələrinin tərtib edilməsi ilə əlaqədar alət çəkilişlərini yerinə yetirmək və hesablamalar aparmaq;
• Kompüter texnikasının köməyi ilə geodeziya ölçmələrinin nəticələrinin riyazi işlənməsini yerinə yetirmək;
• Xüsusi təyinatlı geodeziya işlərini layihələndirmək və həyata keçirmək;
• Tikinti–quraşdırma işləri zamanı qurğuların və konstruksiyaların yerdəyişməsi və deformasiyasına nəzarəti həyata keçirmək;
• Mövcud struktura daxil olan avtomobil yollarının, dəmir yollarının, kran yollarının, rigellərin, balkaların, kalonların, mexanizmlərin (nasosların, kompressorların, elektrik mühərriklərinin və s.) montajında, yoxlanmasında qüsur aktlarının tərtib olunmasında iştirak etmək;
• Geodeziya işlərinin yerinə yetirilməsinin yeni metodlarını işləmək və tətbiq etmək;
• Layihələndirmə texnologiyalarını və xəritələri hazırlamaq və onlardan istifadə metodlarını işləmək;
• Tikinti və istismar prosesində sənaye, hidrotexniki qurğuların geodeziya nəzarətini həyata keçirmək;
• Geodeziya metodlarının tətbiqi üzrə məsləhətlər vermək;
• Fəaliyyət prosesində başqa mütəxəssislərlə qarşılıqlı əlaqələr və məsləhətləşmələr aparmaq;
• Sahəyə dair elmi sənədləri və hesabatları hazırlamaq;
• Vəzifəsinə yaxın öhdəlikləri yerinə yetirmək;
• Müəyyən edilmiş forma və göstəricilər üzrə hesabatları vaxtında təqdim etmək.
Bilməlidir:
Fəaliyyət sahəsinə aid Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını və normativ aktlarını;
• Çöl və kameral topoqrafiya-geodeziya işlərinin aparılmasına aid normativ və başqa rəhbər materialları; standartları, alət və cihazların istismarını, yoxlanmasını, onların yustirə olunmalarını (tənzimlənməsini), saxlanmasını, məhsul istehsalının texnologiyasını;
• Ölçü cihazlarının texniki xarakteristikasını, konstruksiyasının xüsusiyyətini, onların iş prinsipini və onların mahiyyətini, təmirin texnologiyasını;
• Geodeziya işlərin aparılması sahəsində və istehsalın təminatı sahəsində ölkə və xarici ölkələrin qabaqcıl təcrübələrini;
• Layihələrin tərtibatını, yeni ölçmə cihazlarının iqtisadi səmərəliliyini təyin etmə üsullarını;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydalarını.
Tələb olunan kompüter bilik səviyyəsi – Internet – yaxşı; Word – yaxşı; Excell – yaxşı;
Tələb olunan xarici dil bilik səviyyəsi Rus – yaxşı;
Vəzifə maaşının məbləği– 680 AZN – 840 AZN
Əlavə ödənişlər – Qanunvericilikdə nəzərdə tutulan hallarda və SOCAR-ın normativ hüquqi aktlarına əsasən əmək şəraiti və vəzifə xüsusiyyətləri nəzərə alınaraq zərərli iş şəraitinə görə əlavə ödənişlər ödənilə bilər.
İş yerinin ünvanı– Sumqayıt şəhəri, S.Vurğun küçəsi 1.
Son müraciət tarixi – 06.09.2017
Daha ətraflı bu linkə daxil olun: