backend

İş axtaranlara ŞAD XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mütəxəssislərin işə qəbulunu elan edir. 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mütəxəssislərin işə qəbulunu elan edir.

“Bakı Metropoliteni” QSC-dən  TİA.AZ-a verilən məlumata görə, işə qəbul olmaq istəyənlər texniki ali təhsilli, hərbi mükəlləfiyyətli (kişilər), 25-35 yaşlı şəxslər olmalıdır. Xarici dil (ingilis) bilgisi arzuolunandır. Bundan əlavə, kompüterlə işlədikdə MS Office (Word, Excel, Power Point, Outlook) proqram təminatı bacarıqlarına malik, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə bağlı bilgili olmalıdır.

İşə qəbul olmaq istəyənlər “Bakı Metropoliteni” QSC-nin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)

Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis” vəzifəsinin qeyd edilməsi zəruridir.

Müraciət üçün son tarix dekabrın 20-si müəyyən edilib.