İş adamı sabiq deputat Elnur Allahverdiyevə qarşı

İş adamı sabiq deputat Elnur Allahverdiyevə qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC növbəti dəfə məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, iddianı “Samsung”, “Huawei”, “ZTE”, “Motorola” kimi brendlərin Azərbaycandakı rəsmi distribyutoru olan “İntegral” QSC qaldırıb. İşin mahiyyəti müqvailələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. “Kontakt Home” götürdüyü öhdəliklərə əməl etmədiyi üçün məhkəməyə verilib.

3 aydır davam edən prosesdə heç bir nəticə yoxdu. Tərəflər arasında növbəti proses 4 fevral tarixinə təyin edilib. Bakı Kommersiya Məhkəməsində baxılan işə hakim Kənan Hüseynov sədrlik edəcək.

Qeyd edək ki, məhkəməyə verilən “ABC-Telecom” (“Kontakt Home”) MMC-nin Baş direktoru keçmiş deputat Elnur Allahverdiyevdir.

İddianı qaldıran “İntegral” QSC-nin rəhbəri isə iş adamı İsmayıl Hacıyevdir.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən