İş adamı özünü güllələdi – Bir milyon borcu varmış

İş adamı özünü güllələdi – Bir milyon borcu varmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saatlıda güllələnmə hadisəsi baş verib.

 Tribunainfo.az xəbər verir ki, rayonun Məzrəli kənd sakini, 1987-ci il təvəllüdlü Telman Ehtiram oğlu Mehtiyev özünü yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarət alan şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib.

Bildirilir ki, T.Mehtiyev Bakıda ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar 1 milyon manata yaxın borcu formalaşıb. Bir neçə gün əvvəl pul sahibləri onun ardınca Saatlı rayonuna gediblər, həmçinin barəsində polisə şikayət edilib.

Araşdırmalar davam etdirilir /qafqazinfo/.