İş adamı işçiləri qanunsuz işlədibbackend

İş adamı işçiləri qanunsuz işlədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İş adamı Əliyev Ələsgər Əbdüləli oğluna inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Ə.Əliyev protokoldan şikayət verib. İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.