“İrşad Electronics”lə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, elektronika mağazası İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 444.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə, şirkət altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.
“İrşad”la bağlı iş baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib. 30 oktyabr tarixində hakim Xalidə Əlisoyun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “İrşad Electronics”in direktoru Aris Şıxəliyev Valis oğludur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar