“İRŞAD” MÜŞTƏRİYƏ İKİ DƏFƏ XARAB PALTARYUYAN MAŞIN SATDI… – ŞİKAYƏTbackend

“İRŞAD” MÜŞTƏRİYƏ İKİ DƏFƏ XARAB PALTARYUYAN MAŞIN SATDI… – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrşad” elektronika dükanı eyni şəxsə ikinci dəfə nasaz, işləməyən paltaryuyan maşın satıb.

Tribunainfo.az yazır ki, bu problemlə Sevda Sadıqova üzləşib. Şikayətini ictimailəşdirən vətəndaş bildirib ki, ilk aldığı texnika işləmədiyi üçün onu yenisi ilə dəyişiblər. Lakin yeni göndərilən paltaryuyan maşın da işləməyib:

“Şikayətim hamıya tanış olan “İrşad”dandır. Mart ayında kampaniya olduğu üçün 3 aylıq kreditlə paltaryuyan maşın götürdüm. Xarab çıxdı. Uzun mübarizələrdən sonra boyunlarına aldılar. Yenidən vaxtımı və əsəblərimi sərf edəndən sonra yenisini gətirdilər və o da xarab çıxdı (quraşdırılarkən heç işləmədi belə). Təsəvvür edin, 2 dəfə evə xarab məhsul gətirirlər və mən 2 aydı paltaryuyan maşınsız qalmışam. Bunu nəzərə alıb müştərini məmnun etmək əvəzinə kobud formada mənim yenidən servisə gəlməli olduğumu, o qiymətə başqa model seçməyimi istədilər (halbuki qiymətlər artıq qalxıb və mənim orada o qiymətə bəyənəcəyim məhsul tapmağım mümkünsüz kimi bir şeydi). Üstəlik 3 gün ərzində gətiriləcəyi və növbəti 3 gün ərzində quraşdırılacağı deyilir. Mən bu qədər vaxt gözləmək və vaxt sərf edib ora bura getmək istəmirəm. Ödənişimi isə geri qaytarmağdan qəti şəkildə imtina edirlər. Mən belə başa düşürəm ki, “İrşad” sadəcə xarab məhsul satır. Bacardığım qədər yaymağa çalışacam bunu ki, insanlar aldanmasın. Boykot etmək lazımdır bunları”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Tribunainfo.az