“İRŞAD ELEKTRONİKS” XARAB KONDİSİONER SATIR – ŞİKAYƏT

“İRŞAD ELEKTRONİKS” XARAB KONDİSİONER SATIR – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaş Lalə Əzizova “İrşad Elektroniks”in ona satdığı zay kondisonerdən və mağazanın servis xidmətinin başına açdığı oyundan şikayətçisidir.

Tribunainfo.az xəbər verir ki, o bu barədə social şəbəkədə yazıb. L.Əzizova bildirib ki, 24.07.2023-cü il tarixində Sumqayıtın 10-cü mikrorayonunda yerləşən “İrşad Elektroniks”dən maddi dəyəri 2100 AZN olan kondisioner alıblar. 26 iyul kondisioner çatdırılıb. Problemlərdən bundan sonra başlayıb:

“Kondisionerin pultu cızıq idi. Özlərinə bildirdim, dedilər ki, dəyişə bilərsiniz. Həmin gün dəyişdirdik. Kondisioner qoşulandan sonra ən aşağı dərəcədə belə sərinlik vermədiyini görüb şikayətimizi mağazaya bildirdik.
Dedilər ki, servisə məlumat verilib, gəlib baxacaqlar. Ancaq gəlmədilər. Mağazanın baş ofisinə zəng etdik. Servis əməkdaşı mağazanın verdiyi A4 vərəqində çap edilmiş zəmanət olduğunu biləndən sonra bildiridi ki, biz baxmırıq. Mağazaya vəziyyəti izah etdik, usta göndərdilər. Usta baxıb bildirdi ki, problem yoxdur, işləyir. Ancaq kondisioner soyutmur, quru hava vurur. Qutusu açılıbsa, qaytara bilməzsiniz deyirlər. Servis isə baxmır. Hara şikayət edəcəyimizi bilmirik”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.